Zurabişvili Saakaşviliyə vətəndaşlıq verməyəcək
30 Noyabr 2018 14:18 DünyaGürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin vətəndaşlığı ilə bağlı məsələyə toxunub.
BBC-nin Rusiya bürosuna müsahibə verən dövlət başçısı Saakaşviliyə vətəndaşlıq verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb: "Şübhə edirəm, belə ki, ona qarşı cinayət işi açılıb".
Zurabişvilinin sözlərinə görə, Saakaşvilinin vətəndaşlığı ilə əlaqədar ön planda hüquqi ədalət məsələsi dayanır:
"Onun polis və qoşunu konkret tərəf tutmağa çağıran bəyanatı problemlidir. O, bu ölkə ilə əlaqəsini itirib. Bu gün Saakaşvili ölkədə destabilizasiya çağırışları edən əcnəbidir".
Qeyd edək ki, bir vaxtlar Fransa vətəndaşı olan Salome Zurabişviliyə o zaman prezident olan Mixail Saakaşvili Gürcüstan vətəndaşlığı vermişdi.
"Qafqazinfo"