Köçəryan Paşinyanın sözünə cavab olaraq foto yaydı
30 Noyabr 2018 13:20 DünyaErmənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Nikol Paşinyanın onun hərbi xidmətini Müdafiə Nazirliyində keçməsinə dair iddialarını təkzib edib.
Bu barədə SputnikArmeniya yazıb.
"Bu gün mənim barəmdə növbəti yalanı eşitdim. Təəccüblənmədim, çünki hamıya məlum olan gündəlik qəzetin (Paşinyanın "Aykakan Jamanak" qəzeti) illərdir belə fəaliyyəti davam edir. Bunun nümunələri çoxdur", - Köçəryan Feysbuk hesabında yazıb. O, oğlunun hərbi xidmətdə çəkilən fotolarını da paylaşıb.
Qeyd edək ki, Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın oğullarının hərbi xidmət keçmədiyini, onlardan birinin Müdafiə Nazirliyinə tabe birləşmələrdə adı keçsə də, bircə gün də kazarmada qalmadığını, digərinin isə sürücü kimi xidmət keçdiyini bildirmişdi.
axar.az