Paşinyan əsgərlərə hansı minnəti qoyub? "168 JAM"
30 Noyabr 2018 13:00 DünyaErməni nəşri "168 jam" qəzetinin yazdığına görə, işğal altında olan Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçən erməni əsgərləri öz valideyinlərinə və yaxınlarına zəng edərək bildirirlər ki, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində onları Ermənistanın Gorus və Qafan şəhərlərinə aparacaqlar. Əsgərlər bu şəhərlərdə öz yaxınları və qohumları ilə görüşə biləcəklərini qeyd ediblər.
"Əsgərlər öz valideyinlərinə deyiblər ki, bunu Nikol Paşinyan yalnız bir şərtlə təşkil edib. Belə ki, onlar yalnız "Mənim addımım" seçki blokuna səs verməlidirlər", deyə erməni qəzeti yazır.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31