Pakistan-ABŞ ziddiyyəti böyüdü: Silah imtinası
30 Noyabr 2018 12:35 DünyaABŞ Pakistana 12 ədəd AH-1Z Viper hərbi helikopterinin tədarükünü dayandırıb.
Bu məlumatı TASS agentliyi yayıb.
"Bu məlumat həqiqətdir. Bu müqavilənin reallaşması dayandırılıb və qadağanın uzun müddət davam etməsi gözlənilir. Buna görə də ordunun modernləşdirilməsi proqramında bunu nəzərə almamağa çalışırıq", - Pakistan hərbi dairələrindəki mənbə bildirib.
O, İslamabadın gələcəkdə helikopterlər üçün ABŞ-a müraciət etməyəcəyini də deyib və vurğulayıb ki, Pakistan artıq ordusundakı ABŞ silahlarının əvəzlənməsinə başlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31