Rusiya S-400-ün ardınca “Pantsir”lər də göndərdi
Rusiya Krıma “Pantsir-S” zenit raket komplekslərini yerləşdirməklə Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə sistemini gücləndirib. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən informasiya yayılıb.
30 Noyabr 2018 12:31 DünyaRusiya Krıma "Pantsir-S" zenit raket komplekslərini yerləşdirməklə Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə sistemini gücləndirib.
Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən informasiya yayılıb.
"Hərbi dairənin yenidənqurma proqramı çərçivəsində 2018-ci ilin oktyabrında ən yeni HHM kompleksləri Cənub Hərbi Dairəsinin zenit-raket birləşmələrinin silahlanmasına qəbul edilib", - bildirilib.
Həştərxan əyalətindəki Kapustin Yar poliqonunda isə "Pantsir-S" sistemlərinin iştirakı ilə döyüş atışları icra edilib.
Qeyd edək ki, ötən gün Rusiya ordusu Ukrayna ilə sərhədə daha bir S-400 divizionu yerləşdirmişdi.
axar.az