Poroşenko Trampın Putinlə görüşməkdən imtina etməsinə münasibət bildirib
30 Noyabr 2018 12:15 DünyaUkrayna lideri Petro Poroşenkoamerikalı həmkarı Donald Trampın G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməkdən imtina etməsinə münasibət bildirib.
O, bu barədə "Twitter" səhifəsində yazıb.
"Böyük liderlər belə davranırlar", - deyə Ukrayna prezidenti bildirib.
Bundan əvvəl Tramp Azov dənizinin Kerç boğazında Ukrayna və Rusiya arasında baş vermiş insident səbəbindən Putin ilə planlaşdırılan görüşündən imtina edib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31