ABŞ Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb
30 Noyabr 2018 12:11 DünyaABŞ Avropa İttifaqını (Aİ) raketlərin yayılması ilə əlaqədar olaraq İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bunu cümə axşamı jurnalistlərə Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.
"Biz bütün ölkələri, xüsusilə də Avropa İttifaqını, raketlərin yayılmasının yol aça biləcəyi regional münaqişə risklərini tənzimləmək üçün raket sanksiyaları tətbiq etməyə çağırırıq", - deyə o bildirib.
O qeyd edib ki, İran, ABŞ-ın fikrincə, raket istehsalı və buraxılışlarını artırmaqda davam edir.
Bundan əvvəl ABŞ İranın iki vətəndaşına qarşı sanksiya tətbiq edib.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31