Salome Zurabişvili: "Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil"

Gürcüstanın yeni seçilmiş prezidentiSalome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

Siyasətçi bunu BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.

"Nə qədər ki, Rusiya özünü indiki kimi aparır...bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm", - deyə Zurabişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da, kənarda qalmayacaq.

Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim "Gürcüstan arzusu" partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31