Madrid və London Cəbəllütariqlə bağlı dörd memorandum imzalayıb

İspaniya və Böyük BritaniyaCəbəllütariq məsələsi ilə bağlı protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzalayıb.

Bunu cümə axşamı Piriney krallığının xarici işlər naziri Jozep Borrel deyib.

"Bu gün İspaniya və Birləşmiş Krallıq Cəbəllütariqin [Aİ-nin tərkibindən çıxması] ilə bağlı razılaşmalar haqqında protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzaladılar. Bu dörd memorandum tütün və digər məhsullar, vətəndaş haqları, ətraf mühit və polis və gömrük məsələlərində əmədaşlığa aiddir", - deyə nazir "Twitter"də yazıb.

Bundan əvvəl Britaniya və İspaniyanın Cəbəllütariq üzrə razılığa gəldiyi məlumat verilib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31