Peskov: "Putin Trampla görüşməyə hazırdır"

Rəsmi Moskva ABŞ administrasiyasınınRusiya və Amerika prezidentlərinin planlaşdırılan görüşünü ləğv etməsi barədə qərar qəbul etməsindən təəssüflənir.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"ABŞ administrasiyasının iki ölkə prezidentinin Buenos-Ayresdəplanlaşdırılan görüşünü ləğv etmək barədə qərarına təəssüflənirik. Bu, beynəlxalq və ikitərəfli gündəlikdə olan ciddi məsələlərin müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınması deməkdir. Rusiya prezidentiVladimir Putinə gəldikdə isə, o, amerikalı həmkarı ilə əlaqə qurmağa hazırdır", - deyə o bildirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31