Türkiyənin Bodrum rayonunu su basıb

Türkiyənin Muğla əyalətinin Bodrum rayonunu sel basıb. 

Bunu Bordum bələdiyyəsinin sədri Mehmet Kocadon bildirib.

Onun sözlərinə görə, rayonun cənub hissəsində təbii fəlakət yaşanıb. Güclü yağış səbəbindən küçələri, yolları, evləri, iş yerlərini su basıb. Sakinlərin hərəkəti üçün mane yaranıb, 10 avtomobil su altında qalıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31