İndoneziyada 110-dan çox məhbus həbsxanadan qaçıb
30 Noyabr 2018 11:37 Dünyaİndoneziyanın Sumatra adasındakı Açex vilayətində azı 113 məhkum həbsxanadan qaçıb.
Ölkənin Ədliyyə və İnsan Hüquqları Nazirliyinin nümayəndəsi bildirib ki, dünən baş verən hadisə zamanı məhbuslar pəncərələrdəki barmaqlıqları qırmağa müvəffəq olublar.
Hüquq-mühafizə orqanları artıq 4 məhbusu saxlayıb. Qalanların axtarışı davam etdirilir.
Məhbusların həbsxanada baş verən iğtişaşdan sonra qaçdığı bildirilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31