ABŞ Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

ABŞ Avropa İttifaqını (Aİ) İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

B.Huk deyib: "Biz bütün ölkələri, xüsusən də Avropa İttifaqını, Aİ tərəfindən raket sanksiyalarını tətbiq etməyə çağırırıq ki, biz də öz növbəmizdə regional münaqişənin yaranma risklərini tənzimləməyə başlaya bilək".

Huk əlavə edib ki, ABŞ İranın raketlərin işlənilməsini və buraxılışını artırdığını düşünür.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31