Almaniya vitse-kanslerinin evinə hücum ediblər
30 Noyabr 2018 11:08 DünyaBir qrup naməlum şəxs gecə saatlarında Hamburq şəhərində Almaniyanın vitse-kansleri, maliyyə naziri Olaf Şoltsun evinə hücum edib.
Təqribən 14 nəfər yaxınlıqda saxlanılmış avtomobilin təkərini yandırıb, içi boya ilə dolu şüşə bankaları isə evin divarına atıblar. Bundan sonra onlar ərazidən qaçıblar.
Hazırda polis araşdırma aparır.
"Spiegel" jurnalı həmin vaxt O.Şoltsun evdə olmadığını yazır. O, Kansler Angela Merkellə birgə G20 ("Böyük səkkizlik") sammitində iştirak etmək üçün Buenos-Ayresə gedib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31