Hindistanda sərnişini xilas edən paraplan pilotu həlak olub

Hindistanın Kalimponq şəhərində pilot Puruşottam Timsina paraplanın düşməsi nəticəsində ölüb.

Trend-in məlumatına görə, pilotun ölməsinə baxmayaraq, o sərnişini xilas etməyə nail olub. Qəza bir neçə saniyə çəkib.

"Təşkilatçılar elementar təhlükəsizlik tədbirlərini yerinə yetirməyiblər. Pilotun hətta dəbilqəsi yox idi", -deyə həlak olan pilotun dostu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31