Rusiyadan kürdlərə çağırış: Prosesə qoşulun!
29 Noyabr 2018 18:37 DünyaRusiya Suriyanın siyasi həllində ölkə cəmiyyətinin bütün qruplarının iştirak etməsini istəyir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
"Biz istəyirik ki, Suriya cəmiyyətinin bütün təbəqələri konstitusiya komitəsində təmsil olunsunlar. Buraya təkcə konstitusion komitəsi yox, həm də digər mexanizmlər aiddir. Kürdlər Suriya əhalisinin 10%-ni təşkil edir və siyasi həldə iştirak haqqına sahibdirlər. ABŞ-ın nəzarəti altında olan bölgədən olan kürdlər bu prosesə hələlik qoşulmayıblar", - deyə o bildirib.
O həmçinin kürdlərin prosesə qoşulmamasının Suriyanın şimal-şərqinə PKK terror təşkilatının təsiri və Türkiyənin narahatçılığı ilə bağlı olduğunu bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31