İspaniyanın sahillərində son gündə 600-dən çox miqrant aşkar edilib

Xilasedicilər ötən gün ərzində İspaniyanın cənub sahillərində Aralıq dənizində 630 miqrant aşkar ediblər. 

İspaniyanın dənizdə xilasetmə xidməti tərəfindən açıqlanan məlumata görə, ötən gün 564 nəfərin olduğu 12 qayıq aşkarlanıb, bundan əlavə 3 nəfərin cəsədi tapılıb. Bundan başqa, Alboran kiçik vulkanik adasının sahillərində 66 miqrantın olduğu daha bir qayıq aşkarlanıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, cari ilin əvvəlindən 52 min miqrant İspaniyanın sahillərinə keçib. Bundan əlavə 2119 miqrant Afrikadan Avropaya keçmək cəhd edərkən ölüb.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31