Yıldırım bələdiyyə başçısı olmaq istəyir - Spiker səlahiyyətini dayandırır
29 Noyabr 2018 17:25 DünyaTürkiyə parlamentinin sədri Binəli Yıldırım səlahiyyətlərinin icrasını dayandırır.
Bu qərar onun İstanbul bələdiyyə başçısı vəzifəsinə namizədlik niyyəti ilə bağlıdır.
Hələlik onun namizədliyinin rəsmi təsdiq olunmadığı bildirilir.
Bu qərarın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika səfərindən dönməsindən sonra, gələn həftə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31