Avropa Parlamenti ÜTT-ni modernləşdirməyə çağırıb

Avropa Parlamenti Ümumdünya Ticarət Təşkilatını (ÜTT) fəaliyyətini təcili olaraq modernləşdirməyə çağırıb.

Müvafiq qətnamə bu gün Avropa Parlamentinin plenar sessiyasında təsdiq edilib.

Qətnaməni 471 parlamentari dəstəkləyib, 80 nəfər ona qarşı çıxıb.

"Avrodeputatlar təcili olaraq Ümumdünya Ticarət Təşkilatının modernləşdirilməsini istəyirlər... ÜTT-nin qaydaları və prosesləri təşkilatın aktuallığını və effektivliyini qoruması üçün təcili olaraq yenidən nəzərdən keçirilməlidir", - məlumatda deyilir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31