Alman nəhənginə polis basqını: 150 milyard…

Prokurorluq Almaniyanın ən böyük banklarından olan "Deutsche Bank"ın Frankfurtdakı şöbəsində axtarışlara başlayıb.

Frankfurt prokurorluğu açıqlamasında axtarışların çirkli pulların yuyulması ilə bağlı aparıldığını bildirib.

Almaniya mətbuatı vergi müfəttişlərinin də yer aldığı təxminən 170 nəfərlik heyətin səhər saatlarından bəri bankda axtarışlar apardığını yazıb.

Axtarışların Danimarkanın "Danske Bank"a 150 milyard dollarlıq şirkli pulların yuyulması prosesində bəzi avropalı bankların yardım edə biləcəyi ehtimalının yayılmasından sonra başlaması diqqət cəlb edib.

Axtarışla bağlı xəbərlərin yayılmasından sonra bankın səhmlərin 4 faiz ucuzlaşıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31