Ukrayna rus hücumuna hazırlaşır: səngərlər qazılır

Ukrayna hərbi birləşmələri Rusiya ilə müharibə ehtimalına qarşı ölkənin müxtəlif bölgələrində səngər qazmağa başlayıb.

Qazıntı işləri daha çox Rusiya sərhədinə yaxın olan Şirokino bölgəsində aparılır.

Şirokinoda qazılan səngərlərin iki ölkə arasında gərginliyin baş verdiyi Azov dənizindən 800 metr məsafədə yerləşdiyi bildirilir.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31