Dana boyda xoruz: 1 metr boy, 7,7 kq çəki - VİDEO

Merakli,həqiqətən də, nəhəng xoruzdur. Onun boyu təqribən 1 metr, çəkisi isə 7,7 kiloqramdır.

Kosovodakı fermalardan birində saxlanan bu xoruz unikaldır.

Meraklinin anası brahma cinsindən olan çox böyük toyuqdur.

Fermanın sahibi Fitim Seyficayın dediyinə görə, iki toyuq boyda olan Merakli artıq sosial şəbəkələrdə də məşhurdur.

Brahma cinsi Birləşmiş Ştatlarda yetişdirilib.

Bu cinsdən olan xoruzların orta çəkisi 5,5 kq-a çatır.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31