Giorgi Marqvelaşvili prezident seçkilərinin ikinci turundan narazı qalıb
29 Noyabr 2018 15:47 Dünya"Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm".
Bu barədə Gürcüstan prezidentiGiorgi Marqvelaşvili brifinqdə bildirib.
O deyib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.
G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.
Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31