İsrail Türkiyə ilə diplomatik əlaqələri aşağı saldı
29 Noyabr 2018 14:46 Dünyaİsrail Türkiyədə diplomatik təmsil olunma səviyyəsinin azaldılmasına qərar verib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Amnon Nahşon bildirib.
"İsrail Qəzza zolağındakı hadisələrlə əlaqədar yarım il əvvəl türk rəsmiləri tərəfindən deportasiya edilən Eytan Nehiyanın yerinə keçəcək bir səfir təyin etməməyə qərar verib", - XİN sözçüsü qeyd edib.
Mahşon həmçinin İstanbula da yeni konsul təyin edilməyəcəyini əlavə edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31