Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın olub

Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın olub.

Noyabrın 29-da Bakı vaxtı ilə saat 10:00 radələrində nazirliyin binasında yanğın siqnalizasiyası işə düşüb.

Bildirilib ki, lift şaxtasındakı kabellər yanıb, hadisə ilə əlaqədar Nazirliyin işçiləri binadan təxliyyə ediliblər.

Hadisə yerinə 6 yanğınsöndürən texnika cəlb edilib.

Yanğının səbəbi ilə bağlı məlumat yayılmayıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31