Qarabağdakı erməni hərbçilər Nikol Paşinyan blokuna səs verməyə məcbur ediləcək

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki Ermənistan ordusunun hərbçiləri baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" blokuna səs verməyə məcbur ediləcək.

Bunu hərbçilərin valideynləri bildiriblər.

Vurğulanıb ki, Azərbaycanın işğal altındakı torpaqlarda yerləşdirilən erməni əsgərlər Ermənistandakı valideynlərinə zəng edərək dekabrın 9-da Gorus və Qafana səs verməyə aparılacaqlarını deyiblər. Onlar valideynlərinə həmin tarixdə onlara bu şəhərlərdə görüş imkanı yaradılacağını da söyləyiblər.

"Hərbçilərin valideynlərinin sözlərinə görə, bunu Nikol Paşinyan təşkil edir. Qafan və Gorusda valideynləri ilə görüşmək üçün əsgərlərin "Mənim addımım" blokuna səs verməsi əsas şərtdir. Nikol Paşinyanın blokuna səs vermələri tələb kimi Ermənistanda da əsgərlərin qarşısında qoyulub", - Ermənistan KİV-i vurğulayıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31