Trampla Putinin görüşünün vaxtı bilindi – Son dəqiqə
29 Noyabr 2018 12:09 DünyaRusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün vaxtı bəlli olub.
"Röyters" agentliyi iki ölkə liderinin dekabrın 1-də G20 çərçivəsində Argentinada bir araya gələcəyi barədə məlumat yayıb.
Xəbərə görə, Putinlə Tramp arasında görüş Bakı vaxtı ilə saat 18:30-da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders sammit zamanı Trampın bir neçə liderlə, o cümlədən Rusiya prezidenti ilə görüşünün nəzərdə tutulduğunu açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31