Miqrantlar ABŞ-Meksika sərhəddində aclıq aksiyası keçirəcəklər

Mərkəzi Amerika miqrantlarının bir qrupu Meksika və ABŞ sərhəddinə toplaşaraq ABŞ-dan sığınacaq almaq üçün aclıq aksiyası keçirmək niyyətindədir. Yaxın günlərdə miqrantların liderlərləri onları Amerika ərazisinə daxil etmək niyyətində olmayan ABŞ orqanlarının mövqeyini "yumşaltmaq"la bağlı müraciət edəcəklər.

Son məlumatlara görə, əsasən Orta Amerikadan 6000-dən çox immiqrant Tijuana regionunda sığınacaqda yerləşdirilib.

Bazar günü bəzi şəxslər sərhədi keçməyə cəhd göstərsələr də, qarşısı alınıb. Amerika təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

Eyni zamanda Meksikalı səlahiyyətlilər, immiqrantların qeyri-qanuni hərəkətlərinə sərt reaksiya verəcəklərini və bu hərəkətlərdə iştirak edənlərin vətənlərinə deport alacağını açıqlayıblar.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31