Zaxarovadan Qərbə inanılmaz ittiham: Bu işdə əli var!

Qərb partnyorları Kerç boğazında Ukraynanın fəaliyyəti ilə bağlı məlumatlı idilər.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O hətta bildirib ki, Qərbin özünün də bu olayda iştirakı ola bilər.

"Bütün bunlar təsadüfi xarakter daşımır", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31