Ukraynada hərbi vəziyyətin tətbiqinə dair qanun qüvvəyə minib
29 Noyabr 2018 11:20 DünyaUkraynanın 10 regionunda hərbi vəziyyətin tətbiqinə dair qanun bu gün "Uryadovıy kuryer" hökumət qəzetində nəşr olunub və bununla da qanun rəsmən qüvvəyə minib.
Sənədin mətnində hərbi vəziyyətin 10 vilayətdə - Vinnitsa, Luqansk, Nikolayev, Sumı, Odessa, Xarkov, Çerniqov, Donetsk, Zaporojya, Herson vilayətlərində, eləcə də Azov-Kerç akvatoriyasının daxili sularında tətbiq olunduğu deyilir.
Hərbi vəziyyət şəraitində səfərbərlik Ukrayna Prezidenti tərəfindən elan olunur.
Ümumiyyətlə, noyabrın 26-da Ali Rada Ukrayna Prezidentinin ölkənin 10 vilayətində 30 gün müddətinə hərbi vəziyyət tətbiq edilməsinə dair fərmanını təsdiq edib.
Xatırladaq ki, noyabrın 25-də üç Ukrayna gəmisu Rusiya FTX tərəfindən Kerç boğazında saxlanılıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31