Avstraliya yanır: 200 yanğın, 10 min təxliyə olunmuş insan - VİDEO - FOTO

 

Avstraliyanın Kuinslend əyalətində meşə yanğınları tüğyan edir. Havaların həddən artıq isti və quraq keçməsi nəticəsində başlanmış yanğınlar 200 fərqli məkanda qeydə alınıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, alovlar 18 min hektar meşəliyi, 11 malikanəni, 54 avtomobili məhv edib.

10 min nəfər təxliyə olunub. Kuinslendin hakimiyyət dairələri bəyan ediblər ki, evlərini tərk etməyən insanların təhlükəsizliyini təmin edə bilmirlər. Üstəlik, Kuinslenddə alovların tüğyan etdiyi bölgələr arasında sakinlərin təlxiyəsinin mümkünsüz olduğu yerlər artır.

Kuinslend əyalətindəki Kerns, Yunqaburra, Frans və Qold Kost səmtlərində kolluqlar da alışıb yanmağa başlayıb.

Avstraliya yanır: 200 yanğın, 10 min təxliyyə olunmuş insan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31