Livan hərbçiləri 27 Suriya vətəndaşını xilas ediblər

Livan ordusunun bölmələri Bekaa vadisinin qərbində oğurlanmış Suriya vətəndaşlarının azad edilməsi üzrə əməliyyat keçiriblər.

Bu barədə Livan ordusunun mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "Baalül yaşayış məntəqəsində fermada girovların olması barədə xəbər aldıqdan sonra operativ tədbirlər həyata keçirilib və 27 Suriya vətəndaşı azad edilib".

Bildirilir ki, suriyalıları pul almaq məqsədilə qaçıran 3 Livan vətəndaşı saxlanılıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31