Tailandda avtomobil fil ilə toqquşub, sürücü ölüb

Banqkok sakini milli park ərazisindən avtomobil ilə keçərkən vəhşi fillə toqquşub.

Nakxon Ratçasima əyalətində yerləşən Kxao Yay milli parkında baş verən toqquşma nəticəsində avtomobilin sürücüsü həlak olub.

Bildirilir ki, avtomobil toqquşmadan sonra deformasiya olub və xilaedicilər sürücünün cəsədini çıxarmaq üçün xüsusi texnikadan istifadə ediblər.

Kxao Yay milli parkının reyncerləri toqquşmada xəsarət aldığını ehtimal etdikləri filin axtarışlarına başlayıblar.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31