Gürcüstanda seçki başa çatdı - Nəticələr açıqlandı
28 Noyabr 2018 22:29 DünyaGürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, "Rustavi 2" televiziya kanalının sifarişi ilə "Edison Research" təşkilatının keçirdiyi "exit-poll"un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.
"Gallup International" təşkilatının apardığı "exit-poll"un nəticəsinə əsasən isə S.Zurabişvili 58%, Q.Vaşadze 42% səs əldə edib. Təşkilat "exit-poll"u "İmedi" televiziya kanalının sifarişi əsasında həyata keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31