Şəhərdə QORXUNC HADİSƏ: 4 nəfər reklam lövhəsinin altında qaldı

Çinin Tszilin əyalətində reklam lövhəsi yoldan keçənlərin üstünə aşıb.

Publika.az xəbər verir ki, həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlardan göründüyü kimi, güclü küləyin təsirinə tab gətirməyən lövhə səki ilə hərəkətdə olan 4 nəfərin üstünə düşür.

"Jilin Television"-un məlumatına görə, zərərçəkənlər təcili olaraq xəstəxanaya yerləşdirilib. İkisinin durumu ciddidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31