Avropa Komissiyası "Brexit" üzrə referendum keçirilməsi təşəbbüsünü rədd edib
28 Noyabr 2018 18:40 DünyaAvropa İttifaqı Şurası üzv ölkələrdə Böyük Britaniyanın üzvlükdə qalıb-qalmamasına dair referendum keçirmək təşəbbüsünü dəstəkləməyib.
Bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis mətbuat konfransı zamanı bildirib.
"Bu gün Avropa Komissiyası "Avropa vətəndaşlarının Böyük Britaniyanın üzv qalması, yoxsa qalmamasını istəmələrinə dair bütün Aİ ölkələri üzrə referendum" adlı təşəbbüsü qeydiyyata almamaq qərarına gəlib. Avropa Komissiyası bu təşəbbüsün qeydiyyatı üçün şərtlərin yerinə yetirilmədiyi qənaətindədir", - məlumatda qeyd olunub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31