Hamilə olduğu düşünülən qadının qarnından 28 kq-lıq kist çıxarıldı
28 Noyabr 2018 18:32 DünyaHamilə olduğu düşünülən qadının qarnından 26 kiloqramlıq kist çıxarılıb.
Uelsin Suonse şəhərində yaşayan 28 yaşlı Kili Favellin qarnından iri kist çıxarılıb.
5 saat davam edən əməliyyat uğurlu keçib. Onun yumurtalıqlarından biri çıxarılıb.
10 ildir ailəli olan Kili əvvəlcə hamilə olduğunu düşünsə də, hamiləlik testi neqativ çıxdıqdan sonra sağlamlığı barədə narahat olmağa başlayıb və həkimə müraciət edib.
Həkimlər bildiriblər ki, onun qarnından çıxarılan kista 7 yeni doğulmuş körpə ağırlığındadır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31