Bolqarıstanda güclü qar yolları iflic edib

Bolqarıstanın şimal-qərbində və Sofiyada güclü qar yağır. Qarın qalınlığı 15 santimetrə çatıb.

Ölkə üzrə əsas magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin yollara qar təmizləyən maşınlar cəlb olunub.

Havanın bir neçə gün sərt keçəcəyi gözlənilir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31