Bolqarıstanda mədən işçiləri etiraz aksiyası keçirirlər
28 Noyabr 2018 18:28 DünyaBolqarıstanda "Maritsa-Vostok" və "Maritsa-Vostok-2" mədənlərinin işçiləri etiraz aksiyası keçirirlər.
Etirazçılar mədən kompleksinin gələcəyi barədə aydınlığın olmamasından şikayətlənirlər. İşçilər böyük maliyyə çətinlikləri yaşayan müəssisələrin dövlət tərəfindən hansı dəstək alacağını bilmək istəyirlər.
Etiraz aksiyasının bir neçə gün davam edəcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31