Yunanıstanda özəl sektor nümayəndələri tətil keçirirlər

Noyabrın 28-də Yunanıstanda özəl sektorun, Ümumi Əmək Konfederasiyasının (GSEE) və dənizçilərin həmkarlar təşkilatlarının tətili keçirilir.

Etirazçıların əsas tələbləri minimal əməkhaqqını 751 avroya qaldırmaq, kollektiv əmək müqavilələri bağlamaq və vergilərin artımını dayandırmaqdan ibarətdir.

Afinada metro və trolleybusların hərəkəti dayandırılıb. Avtobuslar yalnız saat 9-a kimi işləyəcəklər. Bütün gəmilər limanlarda qalacaq, adalarla bərələr vasitəsilə əlaqə kəsiləcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31