Çarukyan Kremlə yanaşır: "Ruslar qardaşımızdır"
28 Noyabr 2018 16:11 DünyaAvrasiya inteqrasiyası və Rusiya ilə münasibətlər Çiçəklənən Ermənistan Partiyası üçün prinsipialdır.
Bunu "RİA Novosti" agentliyinə müsahibəsində partiyanın lideri Qagik Çarukyan deyib.
"Biz bir neçə gün öncə Moskvadan qayıtmışıq. Rusiya Dumasının rəhbəri Vyaçeslav Volodinin dəvətiylə getmişdik və rusiyalı həmkarlarımızla Ermənistan-Rusiya münasibətlərinin dərinləşməsiylə bağlı çox produktiv danışıqlar apardıq. Biz Rusiyaya təkcə iqtisadi və hərbi yox, həm də mədəni və tarixi baxımdan bağlıyıq. Biz təkcə geosiyasi müttəfiqlər yox, həm də qardaş xalqlarıq", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31