Tiflis xüsusi təyinatlıları Marneuliyə yığır

Gürcüstan Daxili İşlər Nazirliyi Marneuliyə xüsusi təyinatlılar və zirehli texnika toplayıb.

Bu məlumatı "Rustavi 2" televiziyası yayıb. Televiziya həmçinin Msxeta və Acariyada da müxalifət tərəfdarları ilə hökumət yanlılarının toqquşduğunu xəbər verib.

Pirveli TV-nin jurnalisti Tatya Çapiçadze də Tiflisin Qldani rayonunda hücuma məruz qalıb. Seçki pozuntusunu çəkmək istəyən zaman jurnalistə iki qadın hücum edərək, ona zərbə endiriblər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31