Saakyan ABŞ-da yüzillik terror təşkilatları ilə görüşdü
21 Noyabr 2018 13:29 DünyaQarabağ separatçılarının rəhbəri Bako Saakyan dünən Los-Ancelesdə erməni partiyaları ilə görüş keçirib.
Saakyanın görüşdüyü partiyalar sırasında Hnçak, Ramkavar Azatakan və Qərbi Amerikadakı Daşnaksütyun partiyaları yer alıb. Görüşdə həmçinin Ermənistanın Los-Ancelesdəki konsulu Armen Bayburdyan da iştirak edib.
Qeyd edək ki, XIX əsrin sonlarında bəzi dövlətlərin vasitəçiliyi ilə yaradılan bu 3 partiya azərbaycanlılara (ümumilikdə türklərə) qarşı radikal-silahlı mübarizəni təşviq ediblər. Həmçinin, bu partiyalar müxtəlif dövrlərdə Türkiyə və Azərbaycan ərazilərində silsilə teraktlar həyata keçiriblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31