“Suriya ilə bağlı təcili qərar verməliyik” – Şoyqudan kritik açıqlama

Türkiyənin Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan Rusiyaya səfər edib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə baş tutan görüşdə Soçi razılaşmasından sonra İdlib bölgəsindəki son vəziyyət müzakirə olunub.

Şoyqu qonaqları salamlayaraq, təcili məsələlərin müzakirəsi üçün onları Rusiyaya dəvət etdiklərini söyləyib:
"Suriyadakı situasiya bizim təcili qərar verməyimizi tələb edir. Soçidəki anlaşmadan sonra zəruri olan problemlərlə mübarizə aparmağımız üçün vaxt itirmədən birgə hərəkətə keçməliyik"

Qeyd edək ki, Hulusi Akar rusiyalı həmkarı ilə sonuncu dəfə oktyabrın 27-də İstanbulda Suriya məsələsini müzakirə etmişdi.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31