Ermənistanın sabiq baş naziri ölkədə iqtisadi artım tempinin azalacağını proqnozlaşdırır

"Ermənistanda iqtisadi artım tempi azalmaqda davam edir".

Bu barədə Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib.

"Milli Statistika Xidməti makroiqtisadi göstəriciləri dərc edib. Bir ay əvvəlcədən söylədiyim kimi, iqtisadi artım tempi 6 faiz dərəcəsində azalmağa davam edir. Məxməri inqilab səbəbilə K.Karapetyanın dövründə artım daha 9,7 faiz azalıb. İlin sonuna qədər iqtisadi artım tempi azalmaqda davam edəcək. 2019-cu ilin ilk yarısında mütləq azalmanın olması da mümkündür. Eniş olacaqsa, bərpa olunmaq çox çətin olacaq. Çünki iqtisadi enişdən və ya geri çəkilən ordudan pis şey yoxdur. Bu, sadəcə, xəbərdarlıqdır", - Q.Baqratyan "Facebook" səhifəsində yazıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31