Şeremetyevo hava limanının uçuş-eniş zolağında kişi meyiti tapılıb

Rusiyanın Şeremetyevo hava limanının uçuş-eniş zolağında "Boeing 737" təyyarəsinin havaya qalxmasından sonra kişi meyiti aşkar edilib.

Bu barədə "RİA Novosti"yə təcili xidmətlərdəki mənbə bildirib.

Agentliyin sözçüsü deyib ki, kişinin bədənin mexaniki xəsarətlərin izləri aşkar edilib.

Hava limanının nümayəndəsi uçuş-eniş zolağında meyitin tapılmasını təsdiq edib və kimliyinin təyin edildiyini bildirib.

Hadisə yerinə uçuşların axtarış və qəza-xilasetmə təminatı xidmətləri, fəlakətlər üzrə tibb mərkəzinin briqadaları, təcili yardım briqadaları, aviasiya təhlükəsizliyi xidməti və nəqliyyat polisi cəlb edilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31