Macarıstanın ikinci ən böyük qaz anbarında yanğın olub - VİDEO
20 Noyabr 2018 15:48 DünyaBu gün səhər saatlarında Macarıstanın həcminə görə ikinci ən böyük yeraltı qaz anbarında qaz sızması və yanğın baş verib.
Haydusoboslo şəhəri yaxınlığındakı qaz anbarına nəzarət edən "Magyar Foldgaztarolo Zrt." şirkəti yanğının qaztoplama məntəqəsində baş verdiyini açıqlayıb.
Alovları 15 m yüksəkliyə qalxan yanğını hələlik söndürmək mümkün olmayıb. Yaralıların olmadığı bildirilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31