Tailandda musiqi alətində ifa edən qeyri-adi canlılar tapıldı - VİDEO

"Yarı insan, yarı heyvan" - səyahətçilər Tailanda gördükləri qeyri-adi canlıları belə təsvir edirlər. Videoçarx müəllifləri yarım saat davam edən qəribə ritualın şahidləri olublar.

Videogörüntülər Tailandın Krabi vilayətində qeydə alınıb.

Gəmi ilə səyahətə çıxan turistlər mağara önündə dayanmış bir neçə qeyri-adi  canlı görüblər. Şahidlərin dediyinə görə, canlılar "Ulduz müharibələri" filmindəki fantastik evok adlı canlılara bənzəyirdilər və musiqi alətində ifa edirdilər.  

Videoçarxın müəllifi Camal Kavaya bildirib ki, bütün bu olanlar hansısa bir ayini xatırladırdı.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31