İvanka Tramp Ağ Ev qaydalarına məhəl qoymadı

ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Ağ Evin federal sənəd dövriyyəsi qaydalarını kobud şəkildə pozaraq işgüzar yazışmalarda şəxsi poçt ünvanından istifadə edib.

ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Ağ Evin federal sənəd dövriyyəsi qaydalarını kobud şəkildə pozaraq işgüzar yazışmalarda şəxsi poçt ünvanından istifadə edib.

Bu barədə "Vaşinqton Post" informasiya yayıb.

Məlumata görə, İvanka Tramp şəxsi poçt hesabından istifadə etməklə öz köməkçiləri və prezident administrasiyasının əməkdaşlarına yüzlərlə məktub göndərib. İvankanın reaksiyası və göndərdiyi materialların həcmindən heyrətə gələn əməkdaşların sözlərinə görə, prezident qızı Ağ Evin qaydalarından xəbərdar olduğunu vurğulayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31