ABŞ-ın Romaya təzyiqi başladı – Rusiyaya görə

ABŞ diplomatları Avropa Birliyinin antirusiya sanksiyaları məsələsində İtaliyaya təzyiq etməyə cəhd edir.

Bu məlumatı "BuzzFeed" saytı yayıb. Məlumata görə, ABŞ diplomatları artıq İtaliyanın nümayəndələri ilə görüşərək, onlardan AB sanksiyalarını dəstəkləmələrini tələb ediblər.

Qeyd edək ki, İtaliya bundan öncə Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edib. İtaliya hökumətində xüsusilə bu ideyanı Baş nazirin müavini Matteo Salvini dəstəkləyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31